
Azərbaycan Enerji Enciniring ənd Konsalting (AEEK) MMC və Azərbaycan Texniki Universiteti (AzTU) “Paşa Property Management” MMC-nin bina texniki rəhbərləri üçün HVAC sistemlərinin istismarı və enerji səmərəliliyi üzrə təlim təşkil edib.
Təlim Paşa Property Management-in «Maintenance Capability Development Program» proqramı çərçivəsində keçirilib və 18 akademik saatı əhatə edib: birinci gün ADA Universitetində, ikinci gün Paşa Property Management-in ofisində.
Əsas diqqət soyutma sistemlərinə yönəldilib. İştirakçılar HVAC sistemlərinin quruluşunu və iş prinsiplərini, avadanlıqların birgə işini, texniki xidmətin təşkilini, iş rejimlərinin optimallaşdırılmasını və enerji itkilərinin azaldılması yollarını praktiki nümunələr üzərində öyrəniblər. Tipik nasazlıqların qiymətləndirilməsi və ilkin diaqnostika da proqrama daxil olub.
Təlimi HVAC sistemləri üzrə ekspert Elşad Qasımov aparıb.
Proqram yekun imtahanla başa çatıb. İmtahandan uğurla keçən əməkdaşlara sertifikatları AEEK-in icraçı direktoru Tayfun Hacılı və AzTU-nun Enerji Texnologiyaları İnstitutunun direktoru vəzifəsini icra edən Nicat Hüseynov təqdim ediblər.
Fotolar



Dərc tarixi: 27.11.2026