Enerjidən rəqəmsala — dörd biznes vahidi
Hər istiqamət müstəqil komanda ilə işləyir, lakin müştəriyə vahid mühəndislik məsuliyyəti ilə xidmət göstərir.

01 · Enerji
Enerji Mühəndisliyi və Konsaltinq
0.4, 6, 10, 35 və 110 kV şəbəkələrdə quraşdırma, sınaq, tənzimləmə, təmir və texniki nəzarət; enerji sektoru üçün strateji konsaltinq.
- Elektrik şəbəkələrinin texniki auditi
- Yarımstansiya və xətlərin modernləşdirilməsi
- Rele mühafizəsi və avtomatika
- Kabel xətlərinin sınağı və nasazlıqların aşkarlanması
- Enerji auditi və qənaət proqramları
- Tarif, tələbat proqnozu və sektor islahatları
- Qısaqapanma və yüklənmə hesablamaları
- Paylayıcı qurğuların diaqnostikası və yenilənməsi

02 · Rəqəmsal həllər və süni intellekt
Rəqəmsal istehsal və data analitika
Sənaye müəssisələrinin rəqəmsal transformasiyası: layihələndirmə, avtomatlaşdırma, data toplama, monitorinq və proqnozlaşdırma.
- CAD/CAM əsaslı sənaye layihələndirməsi
- 3D modelləşdirmə və sürətli prototipləşdirmə
- Sənaye IoT sensor sistemləri
- RİDS — uzaqdan oxuma və diaqnostika
- Proqnozlaşdırılan texniki xidmət
- Səmərəlilik panelləri (dashboard)

03 · Yaşıl enerji və e-mobillik
Yaşıl enerji və elektrik nəqliyyatı
Enerji keçidi üçün layihələndirmə, quraşdırma, texniki xidmət, monitorinq və konsaltinq.
- EV şarj stansiyalarının layihələndirilməsi
- Elektrik avtobus və skuterlərin texniki xidməti
- Fotovoltaik və külək sistemləri
- Enerji saxlama, batareyaların ikinci ömrü
- Ağıllı sayğaclar və mikroşəbəkələr
- V2G, V2H pilot layihələri

04 · Akademiya
Bilik, sertifikasiya və insan kapitalı
Planlaşdırılan qısa (3 aya qədər) və orta müddətli (6 aya qədər) təlim və sertifikat proqramları.
Proqramlar hazırlıq mərhələsindədir; maraq bildirənlərə başlama tarixi barədə məlumat veriləcək.