30 il mühəndislik etimadı — yeni dövrün tələbləri ilə

AEEC 1994-cü ildə neft-qaz sənayesinin enerji obyektlərində qəzaların aradan qaldırılması, təmir, sınaq və yenidənqurma ehtiyacından yaranıb. Bu gün enerji, sənaye, infrastruktur və ictimai xidmət sektorları üçün mühəndislik və konsaltinq həlləri təqdim edirik.

Uğur hekayəmiz

Çətin dövrdə yaranan mühəndislik məktəbi

AEEC-in uğur hekayəsi Azərbaycanın neft-qaz sektorunun çətin sınaq dövründə, SOCAR-ın enerji sistemində yaranmış problemlərin müəyyənləşdirilməsi və mühəndislik həllərinin tətbiqi ilə başlamışdır.

Ağır maliyyə və investisiya çatışmazlığı şəraitində AEEC enerji obyektlərinin etibarlılığının artırılmasına, qəzaların aradan qaldırılmasına, texniki itkilərin azaldılmasına və enerji təchizatının dayanıqlığının gücləndirilməsinə mühüm töhfə vermişdir.

Sonrakı mərhələdə şirkət enerji sisteminin yenidən qurulması, enerji islahatları, beynəlxalq məsləhət xidmətləri, sertifikasiya, hesabatlılıq və insan kapitalının inkişafı sahələrində özünəməxsus mühəndislik-konsaltinq məktəbi formalaşdırmışdır.

Transformator üzərində mühəndislik işi

Praktik mühəndislik

SOCAR və neft-qaz sektorunda real istehsalat problemlərinin həlli üzərində qurulan təcrübə.

Peşəkar bilik

Enerji sisteminin yenidən qurulması, enerji effektivliyi, sistem planlaşdırması və texniki etibarlılıq.

Beynəlxalq konsaltinq

Beynəlxalq maliyyə institutları ilə iş, hesabatlılıq və layihə idarəetməsi mədəniyyəti.

Tarixçə

Əsas mərhələlər

1994

Enerji mühəndisliyi ilə başlanğıc

“Mehri-2” mühəndislik firması: enerji obyektlərində qəza, təmir və sınaq xidmətləri.

1996

Tədqiqat və konsaltinq

“RW Engineering and Consulting”: planlaşdırma, proqnozlaşdırma və enerji islahatları üzrə məsləhət.

1998

Birləşmə

İki şirkətin birləşməsi ilə “Shems Energy” MMC yaradılır.

2005

AEEC MMC

İyun ayında şirkət AEEC adı ilə yenidən qurulur; dövlət və özəl sektorda genişlənmə.

2015–2020

Regional kontekst

Sumqayıtda Tədqiqat və Təlim Mərkəzi yaradılır; Türkiyə və Mərkəzi Asiya bazarlarına çıxış.

2026–2030

AEEC-2030 strategiyası

“Mühəndislik və texnologiya həlləri tərəfdaşı” modelinə keçid.

Missiya

Enerji, sənaye, infrastruktur və ictimai xidmət sektorlarında elmi əsaslı, texnoloji, təhlükəsiz, dayanıqlı və iqtisadi cəhətdən səmərəli mühəndislik həlləri yaradırıq.

Baxış 2030

Azərbaycan və regionda enerji mühəndisliyi, rəqəmsal sənaye həlləri, e-mobillik, yaşıl enerji və mühəndislik təlimləri üzrə aparıcı texnologiya əsaslı şirkət olmaq.

Dəyərlərimiz

Necə işləyirik

Elmilik

Elmi əsaslı tədqiqat mədəniyyəti və çətin problemlər üçün innovativ həllər.

Səmərəlilik

Müştərinin problemini özümüzünkü kimi qəbul edir, praktik və sərfəli həll veririk.

Mükəmməllik

Texniki bacarıq, layihə idarəetməsi, təhlükəsizlik və keyfiyyətdə yüksək standart.

Həssaslıq

Biznes etikası, ətraf mühit və dayanıqlı inkişaf prinsiplərinə hörmət.

İş modeli

Layihəni icra edib çıxmırıq — ölçür, izləyir və yaxşılaşdırırıq

01

Diaqnostika

Texniki və biznes probleminin ölçülməsi

02

Həll dizaynı

Texniki, iqtisadi və rəqəmsal həll paketi

03

İcra

Mühəndislik, quraşdırma, proqram təminatı

04

Monitorinq

Nəticələrin rəqəmsal izlənilməsi

05

Davamlı xidmət

Texniki dəstək, optimallaşdırma, təlim

Keyfiyyət

Dövlət nəzarətindən keçmiş laboratoriya

Elektrik laboratoriyasının şəhadətnaməsi

Dövlət enerji nəzarətindən keçmiş və fəaliyyətinə icazə verilmiş sınaq laboratoriyası