Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq MMC (AEEK), Asiya İnkişaf Bankının “TA-9564 REG: Floating Solar Energy Development” regional layihəsinin yerli tərəfdaşı seçilmişdir. AEEK bu layihəni İspaniyanın “EGO –NİXUS Advisory Management and Training Services, SLU” və “Solar Technology Advisors, S.L.” şirkətləri ilə birgə həyata keçirəcəkdi. Qeyd oluna regional layihənin Azərbaycanda, Qırğızıstanda və Əfqanıstanda icra edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər üç ölkə üzrə seçilmiş su hövzələrində - Azərbaycan Respublikasında Böyükşor gölündə, Əfqanıstan İslam Respublikasında “Qarğa” su hövzəsində və Qırğız Respublikasının “Toktogül” su hövzəsində - hər birinin gücü 100 kVt olmaqla üzən pilot üzən günəş stansiyaları tikiləcəkdir. Layihənin Azərbaycanda sifarişçiləri Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Təmiz Şəhər” ASC-dir. Layihə üzrə 3 komponentdə işlərin görülməsi nəzərdə tutulur: 1) Hər üç ölkədə pilot layihənin layihələndirilməsi, satınalınması və icraya nəzarətin aparılması və uyğun olaraq hər üç ölkədə bu tipli layihələrin daha geniş layihələrə tətbiq olunması, 2) hər üç ölkə üzrə enerji siyasətinin və tarif strukturunun təhlilinin aparılması və onlara ən uyğun biznes modelinin tövsiyyə edilməsi, və 3) tərəfdaş təşkilatların institusional potensialının artırılması. Layihə üzrə beynəlxalq ekspertlərdən ibarət işçi heyəti 2-9 noyabr 2018-ci il tarixlərində Bakıya səfərə gəlmiş və Layihə üzrə ilk beynəlxalq işçi seminarı keçirilmişdir. Seminarda layihə üzrə Əfqanıstandan və Qırğızıstandan olan tərəfdaş təşkilatların nümayəndə heyəti də iştirak etmişdir. Layihənin gedişatı üzrə növbəti addım İlkin hesabatı yekunlaşdırılması və sifarişçi təşkilatlara təqdim edilməsindən ibarətdir. Beynəlxalq və yerli işçi heyəti bu istiqamətd öz işlərini aparmaqdadırlar.


Noyabr 16, 2018

Paylaş: