10 noyabr 2016-cı il tarixində Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Bərpa olunan Enerjinin İnkişafı layihəsi üzrə ikinci işçi seminar keçirilmişdir.

    Layihənin icrasına dair yekun hesabatın layihəsi Məsləhətçi şirkətlərin nümayəndələri tərəfindən işlənib hazırlanmış və hökumətə rəy və təkliflər üçün təqdim olunmuşdur. 

    Seminarda layihənin icrasını həyata keçirmiş Almaniyanın “Lahmeyer International GmbH”Azərbaycanın “AEEC” MMC şirkətlərinin nümayəndələri üç hədəf rayon Oğuz, Ağcabədi və Samuxda mövcud olan biokütlə ehtiyatlarına uyğun mümkün texnoloji həllər, tələb olunan investisiyalar, maliyyə və iqtisadi təhlil, institusional və tarif məsələlərinin təhlilinə dair nəticələri təqdim etmiş və potensial biokütlə kogenerasiya texnologiyası üzrə təklifləri müzakirə etmişdir.

    Seminarda Asiya İnkişaf Bankının, layihə üzrə icraçı təşkilat olan Alternativ və Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Tarif Şurasının, “Azərişıq” ASC-nin nümayəndələri iştirak etmişlər. 

    

    © AEEK, 2016. Bütün hüquqlar qorunur.  



Noyabr 10, 2016

Paylaş: