Azərbaycanda həyata keçirilən “Bərpa Olunan Enerjinin İnkişafı” mövzusunda layihənin icrası çərçivəsində “Lahmeyer International GmbH” Şirkətinin təmsilçisi beynəlxalq ekspertlər cənab Jost Edmund növbəti dəfə 19-28 iyun 2016-cı il tarixlərində ölkəmizdə səfərdə olmuşdur.

        Cənab Edmundun növbəti səfərində məqsəd bioenerji ilə işləyən qurğuların tətbiqi istiqamətində yaranmış, eləcə də bioresurslardan istifadə və bəzi digər texniki suallara aydınlıq gətirilməs, sosial təyinatlı binaların (məktəb, xəstəxana/tibb məntəqəsi, uçaq bağçası) istiliklə təminatı üzrə cari vəziyyətin öyrənilməsindən ibarət olmuşdur.

        Səfərin 21-25 iyun tarixləri arasında 4 gün müddətində Oğuz və Ağcabədi rayonlarında 15 məktəb, 6 tibb məntəqəsi və 8 məktəbəqədər uşaq bağcasına, həmçinin Ağcabədi rayonunda 2 pambıq-istehsalı üzrə zavoda və “Samux Aqro-Enerji Kompleksi”nə baxış keçirilmişdir.

        Müzakirələrin nəticələri bir qayda olaraq, layihənin maliyyələşdirən quruma - Asiya İnkişaf Bankının Azərbaycandakı Missiyasına təqdim edilmişdir.

        Xatırladaq ki, “Lahmeyer International GmbH” hazırkı layihənin aparıcı Şirkətidir. “AEEK” adı çəkilən layihə çərçivəsində Məsləhətçi Şirkət qismində təmsil olunur. Beynəlxalq ekspertlərin yerlərdə keçirdiyi görüşlərdə “AEEK”in sahə üzrə nümayəndələri də iştirak etmişdir.

        

        © AEEK, 2016. Bütün hüquqlar qorunur.  


İyun 30, 2016

Paylaş: