Astana İqtisadi Forumu (AİF) növbəti dəfə 2016-cı ilin 24-27 may tarixlərində Qazaxıstanın Astana şəhərində baş tutmuşdur.

    31 ölkədən 200-dək məruzəçi olmaqla 1000 nəfərədək xarici qonağın, ümumilikdə isə 4500-dən artıq nümayəndənin iştriakilə keçirilən Forumda ilk dəfə dünyanın 16 ölkəsindən 140 nəşriyyatdan 600-dək jurnalist iştirak edərək, tədbiri işıqlandırmışlar.

    Ənənəsinə sadiq qalaraq, Forumda Avropa və Mərkəzi-Asiya ölkələrinin tanınmış siyasətçiləri AİF platformasında geosiyasi, iqtisadi-maliyyə sistemlərində çağırışları necə dəf etmək, təhlükəsizlik və sülhə nail olma kimi qlobal sualları cavablandırmağa çalışmışlar.

    “AEEK” adından Şirkətin Biznesin İnkişafı üzrə Meneceri/Baş Məsləhətçi cənab Fariz MƏMMƏDOV “Turbulentlik şəraitində dəyişikliklərin effektiv idarə olunması” mövzusunda Dəyirmi Masada, eləcə də, “Hiperqloballaşma dövrünün sonu: İqtisadi və maliyyə quruluşları üçün yeni şərtlər”, “Böyük İpək yolu ölkələrinin forumu: Enerji, resurslar və dayanıqlı inkişaf” və “Yeni maliyyə texnologiyaları” mövzularında iclaslarda iştirak etmişdir.

    Cənab Məmmədov müzakirələrdə MDB ölkələrində analitik mərkəzlərin qlobal dəyişikliklərə qarşı cavab tədbirlərinin müəyyənləşməsində birgə əməkdaşlığın faydasını vurğulamış və ayrı-ayrı metodoloji yanaşmaların deyil, ümumi məqsədlər və bunun üçün vahid metodoloji yanaşmanın rolunun meydana çıxmasını və əhəmiyyətini qeyd etmişdir.

    Bundan başqa cənab Məmmədov işgüzar səfər çərçivəsində Kazaxıstanın, tədbir iştirakçıları digər dövlətlərin iqtisadi məsələlər üzrə beyin mərkəzlərilə bir-sıra görüşlər keçirmiş, Forumun gündəliyini əhatə edən bəzi məsələlərə dair birgə əməkdaşlıq imkanlarını müzakirə etmişdir. 


        © AEEK, 2016. Bütün hüquqlar qorunur.    




İyun 01, 2016

Paylaş: