AEEK, güc kabellərində zədə yerlərinin müəyyən edilməsi üçün lazım olan laboratoriya avadanlığına, təcrübə və kadr potensialına malikdir. Şirkət malik olduğu müasir səyyar laboratoriya vasitəsilə birbaşa müştərinin ərazisində müvafiq xidmətləri göstərə bilər.

Şirkət qeyd olunan istiqamətdə aşağıdakı xidmətləri həyata keçirir:

  • 0.4/6-10/35kV gərginlikli kabel xəttlərində zədə yerlərinin axtarılması, kabel muftasının quraşdırılması və kabelin sınaq olunması;
  • İnduksiya metodu ilə kabeldə yaranmış zədə yerlərinin təyini;
  • Akustik metod ilə kabeldə yaranmış zədə yerlərinin təyini;
  • Kabellərdə zədə yerləri 0.3m xəta ehtimalı ilə dəqiq təyin oluması;
  • Kabel kanallarında və rəflərdə olan kabellərdə yaranmış zədə yerlərinin dəqiq təyini;
  • Divarlarda, betonun içində və torpaqda kabel zədələrinin axtarıb tapılması;
  • Kabelin sınağının aparılması yolu ilə zədələnmiş yerlərin müəyyən edilməsi;
  • Kabel trasının uzunluğu boyunca torpaqda kabelin axtarılması;
  • Yüksək gərginlikli reflektometrin köməkliyi ilə kabeldə qırılma yerinin müəyyən edilməsi;
  • Akustik və induksiya metodunun tətbiqi ilə kabeldə yanmadan sonra zədə yerinin axtarılması və müəyyən edilməsi.