Şirkətimizin göstərdiyi əsas mühəndislik xidmətləri aşağıdakıları əhatə edir:

  • Elektrik sazlama işləri;
  • Elektrik avtomatika və nəzarət sistemlərinin qurulması;
  • İnnovativ və enerjiyə qənaətli sistemlərin tətbiqi ilə avtomatlaşdırılmış daxili və xarici işıqlandırma sistemlərinin qurulması;
  • Elektrik mühəndis–texniki işlər ilə əlaqədar müvafiq hesablamaların, o cümlədən elektrik enerjisinin ötürülməsi zamanı qısa qapanma, ifrat yüklənmə və s. üzrə hesablamaların aparılması və buna uyğun olaraq ani təsirli, hissiyatlı, selektiv və etibarlı rele mühafizəsi və avtomatika sistemləri üçün qurğu və avadanlıqların seçilməsi, quraşdırılması və sazlanması;
  • Alçaq və yüksək gərginlikli (110 kV və aşağı) elektrik qurğularının, avadanlıqlarının, təchizat sistemlərinin, o cümlədən transformator yarımstansiyalarının, açıq və qapalı paylayıcı quruluşların, paylayıcı panellərin, habelə 0,4 kV-luq kommutasiya aparatlarının quraşdırılması, elektrik avadanlıqlarının sazlanması, sınağı və işə buraxılması;
  • Alçaq və yüksək gərginlikli kabel xətlərinin quraşdırılması, sınağı və zədə yerlərinin dəqiq təyin edilməsi (müasir standartlara uyğun səyyar elektrik laboratoriyası vasitəsilə);
  • 6÷10 kV-luq 2500 kVA-ya qədər transformatorlara texniki xidmətin göstərilməsi;
  • Alçaq və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin quraşdırılması və təmiri;
  • Alçaq və yüksək gərginlikli kabel xətlərinin quraşdırılması, sınağı və zədə yerlərinin dəqiq təyin edilməsi (müasir standartlara uyğun səyyar elektrik laboratoriyası vasitəsilə);
  • Alçaq və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin quraşdırılması və təmiri;
  • Rele mühafizəsi və avtomatika sistemlərinin quraşdırılması;
  • Torpaqlama tərtibatının quraşdırılması və yoxlanması;
  • Fasiləsiz və etibarlı elektrik təchizatı sistemlərinin (generatorlar, gərginlik düzləndiriciləri) quraşdırılması və sazlanması;
  • Alçaq gərginlikli elektrik panellərinin hazırlanması (müxtəlif funksiyalı və təyinatlı).
Elektrik ölçmə və sınaq xidmətləri

Şirkət, elektrik avadanlıqlarının və qurğularının aşağıda qeyd edilmiş sınağı və ölçüsü işlərini yerinə yetirir:

  • İzolyasiya müqavimətinin ölçülməsi;
  • Torpaqlayıcı qurğuların müqavimətinin ölçülməsi;
  • Torpağın xüsusi müqavimətinin ölçülməsi;
  • Elektrik maşınları və aparatların birləşmə və dolaqlarının sabit cərəyanla müqavimətinin ölçülməsi;
  • Torpaqlanan qurğu və onun elementləri arasında dövrənin mövcudluğunun yoxlanması;
  • Torpaqayıcıların torpaqlanan elementlərlə və həmçinin təbii torpaqlayıcılarla birləşmələrinin yoxlanması;
  • Neytralı torpaqlanmış sistemdə mühafizənin işləməsinin yoxlanması (TN-C, TN-C-S, TN-S);
  • Xətlərin, transformatorların damarlarının bütövlüyünün və fazlaşmanın təyini;
  • Qoruyucu söndürmə qurğusunun (RCD (УЗО)) yoxlanması;
  • Avtomat açarlarının və açma mexanizmlərinin təsirinin yoxlanması;
  • Sənaye tezliyində yüksək gərginliklə sınaq işləri;
  • Ölçü-cərəyan və gərginlik transformatorlarının sınağı;
  • Düzləndirilmiş yüksək gərginliklə sınaq və sızma cərəyanlarının ölçülməsi;
  • Dielektrik materiallardan olan mühafizə vasitələrinin yüksək gərginliyə sınağı.