Enerji resurslarından səmərəli istifadə və ətraf mühitin mühafizəsinin ön plana çıxdığı bir dövrdə, dünya ölkələrində enerji auditi xidmətlərindən geniş şəkildə istifadə olunur. AEEK-in göstərdiyi enerji auditi xidmətləri, sənaye, ticarət, tikinti, kənd təsərrüfatı, nəqliyyat, habelə fərdi istehlakçılara yönəlməklə müştərilərin enerji istehlakının optimallaşdırılması üzrə səmərəli həll yollarının təklif edilməsini əhatə edir.

Enerji audit xidmətləri çərçivəsində müştərilərimizə aşağıda göstərilmiş xidmətlər təklif edilir:

  • Müvafiq obyekt/qurğu üzrə enerji səmərəlilik meyarlarının araşdırılması, onların müəyyən edilməsi, müvafiq biznes sahəsinə uyğun onların optimallaşdırılması,
  • Müvafiq qurğular üzrə müasir texnologiyaların və yaxud innovativ texnologiyaların tətbiqi ilə müştəriyə optimal seçimlərin edilməsində tövsiyyələr vermək,
  • Enerji səmərəlilik və ətraf mühitə atılacaq tullantıların azaldılması ilə müşayət olunacaq tədbirləri müəyyən etmək və onlar üzrə sərmayə yatırımların həcmini müəyyən etmək,
  • Müştərinin işçi personalına enerji səmərəlilik üzrə müvafiq, o cümlədən maarifləndirmə təlimlərin keçirilməsi,
  • Enerji təchizatı sistemlərinin optimal olaraq səmərəli idarə edilməsi üzrə tövsiyələr.