Şirkətimizin göstərdiyi məsləhət xidmətləri, əsasən və heç də bunlarla məhdudlaşmayaraq, aşağıdakı sahələri əhatə edir:

  • Enerji resurslarına olan tələbatın qiymətləndirilməsi;
  • Enerji resurslarının istehsalı, ötürülməsi, paylanması və istehlakının səmərəli təşkili, müvafiq regional bazarın formalaşması istiqamətində məsləhət xidmətləri;
  • Sənaye əhəmiyyətli ənənəvi enerji ehtiyatlarının (o cümlədən, karbohidrogen ehtiyatlarının) səmərəli mənimsənilməsi və istifadə edilməsi;
  • Bərpa olunan və alternativ enerji mənbələrindən (külək, günəş, bio-kütlə enerjisi və s.) istifadə və onların inkişafı üzrə məsləhət xidmətləri;
  • Enerji sərfiyyatının təhlili və qiymətləndirilməsi, enerjidən səmərəli istifadə yolları, enerjinin istehsalı və təklifi sahələrində enerji auditinin aparılması, enerjidən səmərəli istifadə üzrə prioritetlərin müəyyən olunması, enerji auditorları və enerji istifadəçiləri üçün enerji səmərəliliyi və enerji auditi üzrə təlimlərin keçirilməsi;
  • Enerji sektorunda xərcləri ödəyən tariflərin formalaşdırılması, tariflərin tənzimlənməsi, tənzimləyici orqanın yaradılması, tarif siyasətinin tənzimlənməsi üzrə normativ hüquqi bazanın formalaşdırılması;
  • Yanacaq və enerji sektorunda sərmayə qoyuluşuna mane ola bilən səbəblərin müəyyən edilməsi, bu səbəblərin aradan qaldırılması yolları üzrə tövsiyyələr, sərmayələrin cəlb olunması üçün investisiya proqramlarının və layihələrinin hazırlanması, texniki-iqtisadi əsaslandırmaların işlənib hazırlanması;
  • Yanacaq-energetika kompleksi üzrə müəssisələrin restrukturizasiyası və effektiv təşkili üzrə məsləhət xidmətləri;
  • Yanacaq-energetika sektorunun hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri;
  • Yanacaq-energetika kompleksinin müvafiq strukturları üçün mühəndis-texniki kadrların hazırlanması və peşəkarlıq səviyyəsinin artırılması üzrə məsləhət xidmətləri.

Yuxarıda sadalanan xidmətlər, müvafiq sahələr üzrə yerli və xarici (əgər ehtiyac yaranarsa) mütəxəssislərin və ekspertlərin bilavasitə iştirakı və Müştərinin tələb və təklifləri nəzərə alınmaqla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.