Biz kimik?

“Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC (qısa olaraq AEEK adlandırılacaq), Azərbaycanın enerji sektorunda mühəndis və məsləhət xidmətləri göstərən qabaqcıl şirkətlərdən biridir. AEEK, əsasən elmi-tədqiqat işlərinin aparılması, məsləhət işləri, mühəndis-layihələndirmə və informasiya texnologiyaları sahəsində qabaqcıl yeniliklərin istifadəsi kimi kompleks yanaşmaya üstünlük verir. Şirkətin amalı, bütün potensialını müştərinin ehtiyaclarına cəmləşdirərək ən yaxşı həll yollarını təklif etməkdir.

Belə yanaşma sayəsində AEEK, uzun müddətli fəaliyyəti dövründə müştərilərin etimadını qazanmış və bu etimadın qorunması üçün daima inkişafdadır. Keyfiyyətə və peşəkar kadrlara əsaslanan bu cür fəaliyyət, şirkətin mühəndislik, məsləhət və enerji audit xidmətlərinin uğurla həyata keçirilməsinə zəmin yaradır.

Müştərilərin gözləntilərini qarşılayarkən AEEK, bugün ən ümdə məsələ olan ətraf mühitin və əməyin mühafizəsini müntəzəm olaraq diqqətdə saxlayır və hər zaman bunu özünə zəruri öhdəlik olaraq müəyyən edir.

Əsas İş Prinsiplərimiz

AEEK, xidmətləri həyata keçirərkən aşağıda qeyd edilmiş prinsipləri rəhbər tutur:

Keyfİyyətlİ xİdmət

AEEK, ilk öncə müştərilərinin maraqlarını üstün tutur və ən yüksək səviyyədə onların ehtiyaclarını başa düşərək, ən səmərəli həll yollarını təklif edir. Bunun üçün bizim kifayət qədər potensialımız vardır.

Müştəri məmnunluğu

AEEK, müştərinin probleminə öz problemi kimi yanaşır və dəyər baxımdan səmərəli, dayanıqlı, etibarlı və praktiki həll yollarını təklif edir.

Peşəkarlıq

AEEK-in uğurlu fəaliyyətinin əsasını onun peşəkar işçi heyəti təşkil edir. İşçilərinə xüsusi dəyər verən AEEK, müştərilərə göstərilən xidmətlərin uğurlu icrası üçün peşəkar komanda şəklində fəaliyyətin təmin ediməsini daim diqqətdə saxlayır.

Texnİkİ İmkanlar

Əsas aktivləri insan resursları olan AEEK, xidmətlərin göstərilməsi üçün müasir texnologiyalara əsaslanan qabaqcıl alətlərə və maşın-mexanizmlərə də malikdir.

Bizim Tariximiz

“AEEK” MMC 2005-ci ilin iyun ayında “Shems Enerji” şirkətinin bazasında təsis edilmişdir. “Shems Enerji” şirkəti öz növbəsində 1998-ci ildə “Mehri-2” (əsası 1994-cü ildə qoyulmuşdur) tədqiqat şirkəti və “RW Encinirinq ənd Konsaltinq” (1996) şirkətinin birləşməsi əsasında təsis edilmişdir.

20 ildən artıq iş təcrübəsinə malik olan AEEK, Azərbaycanın enerji sektorunda yüksək səviyyəli mühəndis və məsləhət xidmətləri ilə tanınmışdır. Respublikanın iri şirkətləri olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərsu ASC, Azərenerji ASC, Bakıelektrikşəbəkə SC, Azal QSC, “Azərsun Holding” şirkəti və digər şirkətlərin müəssisələrinin elektrik təchizatı obyektlərində elektrik avadanlıqlarının quraşdırılması və sınaq-sazlanması üzrə mühəndis-texniki işləri yerinə yetirməkdədir.

AEEK-in əsas tərəfdaşı olan Azərbaycanın ən böyük şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). AEEK, SOCAR-ın “Azneft” İB-nin dənizdə və quruda yerləşən müəssisələrinin, Sosial İnkişaf İdarəsinin regionlarda inşa etdiyi obyektlərinin, Geofizika və Geologiya İdarəsi, “Abşeron” Əməliyyat Şirkəti (AOC), “Bahar Enerji” Əməliyyat Şirkəti (BEOC), “Gulf Drilling Suplay FZE” s. kimi müəssisələrində onlarla elektrik təchizatı obyektlərində elektrik avadanlıqlarının quraşdırılması, sazlanması, sınağı və təmiri üzrə mühəndis-texniki işləri yüksək səviyyədə yerinə yetirmiş, təhvil vermiş və hazırda bu istiqamətdə işlərini müvəffəqiyyətlə davam etdirməkdədir.

Eyni zamanda, AEEKBP (İngiltərə), PA Consulting Group (ABŞ), Nexant (ABŞ), ATİ (ABŞ) və VisionRI (Hindistan) şirkətləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və s. beynəlxalq maliyyə qurumları və təşkilatları ilə enerji sektorunda enerjidən qənaətlə və səmərəli istifadə edilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, təbii qaz, elektrik enerjisi, istilik təchizatı sektorlarında idarəetmənin təşkili, sistemin səmərəli, etibarlı və dayanıqlı işləməsi, tənzimlənməsi və texniki təkmilləşdirilməsi üzrə müxtəlif təkliflərin hazırlanması, eləcə də enerji sektorunun müxtəlif sahələrində işlərin səmərəliliyinin artırılmasına yönələn onlarla məsləhət xidmətləri yerinə yetirmişdir.

300+

Tamamlanmış layİhə

20+

İş təcrübə

250+

Məmnun müştə

50+

Davam edən layİhə

Lisenziya və Keyfiyyət Sertifikatlarımız

Azərbaycanın energetika sistemində uzunmüddətli təcrübəsi olan şirkət, müvafiq sahədə fəaliyyətə imkan verən lisenziya və şahadətnamələrə də malikdir:

  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmirini” həyata keçirməyə icazə verən lisenziyası
  • Dövlət Enerji Nəzarət İdarəsinin “Elektrik laboratoriyasının dövlət qeydiyyatından keçirilməsi və fəaliyyətinə icazə verilməsi haqqında” Şahadətnaməsi

2009-cu ildə AEEK, ISO 9001:2008 (Keyfiyyətin İdarə olunması Sistemi) və OHSAS 18001:2007 (Əməyin Mühafizəsi) beynəlxalq sertifikatlarını almış və öz fəaliyyətində qeyd olunan standartların tələblərinə riayət olunmasını daima təmin edir.

Ətraf mühit, Sağlamlıq və Təhlükəsizlik

Biz, ISO 9001:2008, OHSAS 18001:2007 beynəlxalq tələblərə uyğun olaraq iş sahəsində ətraf mühitin, işçilərin və ətrafdakıların sağlamlıqlarının qorunmasına və işçilər üçün təhlükəsiz və etibarlı iş şəraitinin yaradılmasına məsuliyyət daşıyır və illər boyu bunu göstərdiyimiz iş və xidmətlərin icrasında ən yüksək səviyyədə nail ola bilmişik.

Partnyorlarımız